Azərbaycan BMT-yə hesabat verəcək

  25 İyun 2019    Oxunub : 1427
 Azərbaycan BMT-yə hesabat verəcək
"Azərbaycan İKT xidmətlərinin çatdırılması sahəsində qabaqcıl təcrübəyə malikdir və bunu digər ölkələrlə paylaşmaq istəyər. "ASAN xidmət" çox şəffaf şəkildə dövlət xidmətlərini çatdırır. Burada vətandaş məmnuniyyəti yüksək səviyyədədir".
Azvision.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova BMT-nin Dövlət Xidmətləri Forumunda çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı siyasi iradə mövcuddur: "Hesabatlılığın vacib olduğunu nəzərə alaraq monitorinq və qiymətləndirmə işçi qrupu yaradılıb. İqtisadiyyat Nazirliyi Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı ikinci könüllü milli hesabatı gələn ay BMT-yə təqdim edəcək. 2020-ci ildə Bakı regional Dayanıqlı İnkişaf Məqsədlərinə dair forum keçiriləcək".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: BMT   Forum