Prezident həmkarlarını təbrik etdi

  24 İyun 2019    Oxunub : 1424
 Prezident həmkarlarını təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviçə təbrik məktubu ünvanlayıb.
Azvision.az -ın məlumatına görə, təbrik mətnində deyilir: "Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin Sloveniya Respublikasının Prezidenti Borut Pahora da təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir: "Hörmətli cənab Prezident,

Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sloveniya xalqına əmin-amanlıq və rifah arzulayıram".

Azvision.az

Teqlər: Prezident   Təbrik