Məmmədyarov bolqarıstanlı həmkarı ilə görüşüb

  24 İyun 2019    Oxunub : 1177
Məmmədyarov bolqarıstanlı həmkarı ilə görüşüb
Bakıda Bolqarıstan baş nazirinin müavini və xarici işlər naziri Yekaterina Zaxariyeva ilə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov arasında görüş olub.
Azvision.az xəbər verir ki, tərəflər iki dövlət arasında mövcud münasibətləri və regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, Bolqarıstan baş nazirinin müavini və xarici işlər naziri Yekaterina Zaxariyevanın Azərbaycana səfəri iyunun 25-dək davam edəcək. Səfər çərçivəsində Baş nazir Novruz MəmmədovMilli Məclisin Sədri Oqtay Əsədovla da görüşlər planlaşdırılır.

Elvin Abulqədirov
Azvision.az

Teqlər: XİN   Məmmədyarov