Keçmiş məhkumdan tüfəng və tapança götürülüb

Keçmiş məhkumdan tüfəng və tapança götürülüb
  21 İyun 2019    Oxunub:2149
Xaçmaz şəhər sakinindən narkotik vasitələr və odlu silah aşkar edilərək götürülüb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən xəbərə görə, Xaçmaz RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında Ləcət kəndinin ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Tahirov tərəfindən kultivasiya yolu ilə yetişdirilən 1330 ədəd çətənə kolu, habelə ona məxsus çadırdan marixuana, 2 ədəd nömrəsi silinmiş tüfəng, 1 ədəd pnevmatik tapança, 2 ədəd patron darağı və 8 ədəd rezin güllə aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: Silah   DİN  





Xəbər lenti