“Banklar bunu pulsuz etməzlər” - Nazir müavini deputata cavab verdi

 “Banklar bunu pulsuz etməzlər” -   Nazir müavini deputata cavab verdi
  21 İyun 2019    Oxunub:2359
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deputat Vahid Əhmədovun qaldırdığı məsələyə münasibət bildirib.
Azvision.az -ın məlumatına görə, nazir müavini diqqətə çatdırıb ki, pensiyaçılar öz pensiyalarını sözügedən bankların bankomatlarından alırlar:

Nazir müavini digər bankların prosesdə iştirakı məsələsinə baxıldığını qeyd edib: "Burada qanunvericilik məsələsi var. Bunu “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq edirik. Digər bankomatlardan pul çıxaranda komissiya tutulur. Mən sizin dediyinizdən belə başa düşdüm ki, bu komissiya haradansa kompensasiya olunmalıdır. Nəzərə alaq ki, bu banklar özəldir. Bunu pulsuz etməzlər. Banklarımız inkişaf etdikcə, onların şəbəkəsi genişləndikcə biz onları keçirdiyimiz satınalmalar sisteminə daxil edə bilərik. Təklifinizi qeyd etdim və nazirlikdə bu məsələlərə baxarıq”.

Qeyd edək ki, deputat Vahid Əhmədov pensiyaçıların digər bankların bankomatlarından vəsait çıxaran zaman onlardan faiz tutulması məsələsini qaldırıb. Deputat bu məsələnin həll edilməsinin vacibliyini vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Anar-Əliyev   Vahid-Əhmədov  





Xəbər lenti