Ölkəyə gizli yolla siqaret gətirmək istədi

  20 İyun 2019    Oxunub : 843
Ölkəyə gizli yolla siqaret gətirmək istədi
Gömrük nəzarətindən gizlədilərək siqaretlərin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a bildirilib ki, Rusiya istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “DAF” markalı avtomobilə gömrük baxışı keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin kabinasında ön oturacaqların altında, kabinanın arxasında yanğın söndürmə balonu üçün nəzərdə tutulan yerdə, avtomobilin qoşqusunun arxa hissəsindəki hidravlik nasosun üst hissəsində gömrük nəzarətindən gizlədilən ümumilikdə 19 min 800 “Parliament Heets Yellow” və “Amber”, “Purple Label” markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DövlətGömrükKomitəsi