Asəf Hacıyev yenidən baş katib seçildi

  20 İyun 2019    Oxunub : 1017
 Asəf Hacıyev yenidən baş katib seçildi
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına yeni baş katibin seçilməsi üçün səsvermə keçirilib.
Azvision.az xəbər verir ki, səsvermədə iki namizəd iştirak edib.

Bunlar Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının hazırki baş katibi Asəf Hacıyev və Yunanıstan parlament sədrinin diplomatik köməkçisi Spyros Theocharopoulos olub.

Səsvermənin nəticələrinə əsasən, Asəf Hacıyev yenidən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi seçilib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: QDİƏT   AsəfHAcıyev   BAşkatib