Nazir: “Artımların inflyasiyaya ciddi təsirini gözləmirik”

  Nazir:  “Artımların inflyasiyaya ciddi təsirini gözləmirik”
  20 İyun 2019    Oxunub:2439
“Artımlarla bağlı aparılan xərc dinamikasının hesablanması birbaşa olaraq göstərir ki, biz inflyasiyaya hər hansı ciddi təsir gözləmirik. Nəzərə almaq lazımdır ki, inflyasiyaya hər hansı bir xərc artımının təsiri nisbətlə götürülən məsələdir. Yəni ölkəyə əlavə pul kütləsinin daxil olması, pul emissiyasının həyata keçirilməsi gözlənilmir”.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, dövlət büdcəsinin artan gəlirləri hesabına bu xərclər ödənilir və ümumilikdə bütün xərcin məbləğinə nəzər saldıqda, onun ÜDM-dəki payı və eyni zamanda, pərakəndə ticarət dövriyyəsindəki payı yüksək deyil:

“Maliyyə naziri bildirdi ki, ciddi inflyasiya təsirini gözləmirik və bunu nəzarətdə saxlayacağıq. Artıq ilk arqumentiniz də öz təsdiqini tapıb. Bu ilin mart ayından minimum əməkhaqqı artırılıdı, minimum pensiyalar artırıldı. Üç ay keçməsinə baxmayaraq, Azərbaycanda bu gün inflyasiya göstəricisi 2,5 faizdir. Artıq bunun özü bir sübutdur ki, ciddi inflyasiya göstəricisi təzyiqi yoxdur. Amma hər bir halda istənilən makroiqtisadi siyasət zamanı bu nəzarətdə saxlanılan məsələdir”.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Sahil-Babayev   Nazir   İnflyasiya  





Xəbər lenti