“Azərbaycan QDİƏT-ə sədrliyi layiqincə yerinə yetirib” - Zaxaryeva

 “Azərbaycan QDİƏT-ə sədrliyi layiqincə yerinə yetirib” -    Zaxaryeva
  20 İyun 2019    Oxunub:2479
“Ən vacib məsələləri - iqtisadi, sosial əməkdaşlıq məsələlərini yerinə yetirmək üçün, eyni zamanda regionda infrastruktur layihələrinin gerçəkləşdirilməsi üçün təhlükəsizliyə tövhə vermək lazımdır”
Azvision.az xəbər verir ki, bu barədə Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasına ünvanlanan Bolqarıstan baş nazirinin müavini və xarici işlər naziri Yekaterina Zaxaryevanın təbrik məktubunda bildirilib.

Y.Zaxayeva Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi layiqincə yerinə yetirdiyini vurğulayıb: “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasında parlamentlərarası əlaqələrimizlə regionda əməkdaşlığımızı artıra bildik. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclası bu baxımdan mühüm və aktual məsələlərlə bağlı fikir mübadiləsinin aparılmasında böyük imkan yaradacaq”.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyin Bolqarıstana keçəcəyini vurğulayan Y.Zaxaryeva qeyd edib ki, Bolqarıstan bu işləri görməyə, çağırışlara cavab verməyə hazırdır.

Anar Kəlbiyev
Azvision.az





Teqlər: QDİƏT   Bolqarıstan  





Xəbər lenti