Əhaliyə leş əti satmaq istəyirdi, alınmadı - FOTOLAR

Əhaliyə leş əti satmaq istəyirdi, alınmadı -    FOTOLAR
  20 İyun 2019    Oxunub:2464
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Ağcabədi rayonu Aşağı Avşar kəndi ərazisində axşam saatlarında vətəndaş İsmayılov Camil Yunis oğluna məxsus kəsim sahəsində ona məxsus avtomobilin yük yerinə baxış keçiriblər.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, bu zaman avtomobilin yük yerindən istehlak üçün yararsız, mənşəyi məlum olmayan, ölmüş heyvana məxsus olduğu şübhə doğuran, satış üçün hazırlanmış ümumi çəkisi 82 kq olan heyvan cəmdəyi aşkar olunub.



Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aşkarlanmış istehlaka yararsız ətin satışının qarşısı alınıb və məhv edilməsi üçün zəruri tədbirlər görülüb. Həmçinin, ətdən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Faktla bağlı araşdırma davam etdirilir.



Azvision.az



Teqlər: AQTA   Ət  





Xəbər lenti