Neftin qiyməti ucuzlaşır

  18 İyun 2019    Oxunub : 637
Neftin qiyməti ucuzlaşır
Dünya birjalarında neftin qiyməti ucuzlaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,03 dollar geriləyərək 60,91 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,07 dollar ucuzlaşaraq 51,86 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,86 dollar ucuzlaşaraq 63,35 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft