Düşmən Ağdama 2 mərmi atıb

  Düşmən Ağdama 2 mərmi atıb
  18 İyun 2019    Oxunub:2072
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, düşmən tərəfi Ağdam istiqamətində mövqelərimizi 82 millimetrlik minamyotlardan atəşə tutub. Mövqelərimizə 2 ədəd mərmi atılıb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

Anar Kəlbiyev
Azvision.az



Teqlər:





Xəbər lenti