Hazırda metroda vəziyyət necədir?

   Hazırda metroda vəziyyət necədir?
  18 İyun 2019    Oxunub:2330
Bakı metrosunda qatarların hərəkət intervalı bərpa olunub.
Bunu Azvision.az -a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, xətlər üzrə hərəkət adi qaydada davam edir.

“Yaranmış problem qısa zamanda aradan qaldırılıb və qatarlar arasında interval bərpa olunub. Əgər hardasa problem varsa, bizə məlumat versinlər dəqiqləşdirək”.

Qeyd edək ki, bu gün səhər saatlarında “Həzi Aslanov” - “İçərişəhər” xətti üzrə hərəkət edən qatar “Xalqlar dostluğu” stansiyasında dayanarkən texniki nasazlıq yaranıb. Bu səbəbdən platformalarda böyük sıxlıq yaranıb. Baş vermiş problem nəticəsində qatarlar arasındakı intervalda 15 dəqiqə fasilə yaranıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Metro  





Xəbər lenti