Bakı metrosunda problem - Stansiyalarda sıxlıq yarandı

 Bakı metrosunda problem -    Stansiyalarda sıxlıq yarandı
  18 İyun 2019    Oxunub:3364
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

Azvision.az -ın məlumatına görə, "Həzi Aslanov" stansiyasından "Dərnəgül" və "İçərişəhər" istiqamətində qatar 15 dəqiqədən çox gecikib. Bu səbəbdən platformalarda böyük sıxlıq yaranıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Azvision.az -a açıqlamasında məlumatı təsdiqləyib. Bildirib ki, gecikməyə səbəb qatarların birində yaranmış texniki nasazlıq olub. Belə ki, “Həzi Aslanov” - “İçərişəhər” xətti üzrə hərəkət edən qatar “Xalqlar dostluğu” stansiyasında dayanarkən texniki nasazlıq yaranıb. Nəticədə sərnişinlər stansiyada boşaldılıb və qatar depoya göndərilib:

"Xəttə ehtiyat qatar buraxılıb. Baş vermiş problem nəticəsində qatarlar arasındakı intervalda 15 dəqiqə fasilə yaranıb. Hazırda intervalın bərpası üçün tədbirlər görülür”.

Azvision.az



Teqlər: Metro   Qatar   Stansiya  





Xəbər lenti