Astarada çətənə yetişdirənlər saxlanılıb

Astarada çətənə yetişdirənlər saxlanılıb
  17 İyun 2019    Oxunub:2767
Kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -ın bölgə müxbirinə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaş-xaş 2019" tədbirlər planı çərçivəsində daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Pensər kəndinin sakini Xəyalət Zakirov və həyat yoldaşı T.Zakirovanın yaşadıqları fərdi evin həyətində sonuncunun həmkəndlisi olan qardaşı, əvvəllər məhkum olunmuş Zahir Şükürovla birlikdə aqrotexniki qulluq göstərməklə yetişdirdikləri 31 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Azvision.az



Teqlər:





Xəbər lenti