“Mercedes” yol kənarındakı betona çırpılıb

“Mercedes” yol kənarındakı betona çırpılıb
  17 İyun 2019    Oxunub:1711
Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Bu barədə Azvision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunda “Mercedes” markalı minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1979-cu il təvəllüdlü Ocaqverdiyev Vüqar İnqilab oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər:





Xəbər lenti