İsmayıllıda kafe yanıb

İsmayıllıda kafe yanıb
  16 İyun 2019    Oxunub:2074
İsmayıllıda yanğın qeydə alınıb.
FHN-dən Azvision.az -a verilən məlumata görə, rayonun Sumağallı kəndində ümumi sahəsi 81 m² olan birmərtəbəli tikilinin (kafe kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb.

Meşə ərazisi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın   İsmayıllı   Kafe  





Xəbər lenti