Ərəblərin qaldığı evdən oğurluq edən qadın tutuldu

Ərəblərin qaldığı evdən oğurluq edən qadın tutuldu
  15 İyun 2019    Oxunub:1665
Əcnəbi turistlərin kirayədə yaşadıqları mənzildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 11-də iki nəfər əcnəbi turistin kirayədə yaşadıqları mənzildən 3000 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qasımova saxlanılıb.

Azvision.az



Teqlər: DİN   Oğurluq   Qadın  





Xəbər lenti