Ekspedisiyalarda iştirak edən sürücülərlə bağlı yeni tələblər

Ekspedisiyalarda iştirak edən sürücülərlə bağlı yeni tələblər
  15 İyun 2019    Oxunub:1676
Nazirlər Kabineti “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”na dəyişiklik edib.
Azvision.az xəbər verir ki, dəyişikliyə əsasən, sürücülük vəsiqəsi qanunvericilikdə nəzərdə tutulmuş alt kateqoriyalara uyğun olmayan şəxslərin nəqliyyat vasitələrini idarə etmələri qadağandır. İndiyədək bu qadağa yalnız kateqoriyalara uyğun olmayan şəxslərə aid idi.

“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”ına 5 nömrəli əlavə - “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram” və “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”ı bitirmək haqqında şəhadətnamə”yə “Kateqoriya” sözündən sonra “(Altkateqoriya)” sözü əlavə edilib.

Qeyd edək ki, ötən ildən sürücülük vəsiqəsi üzrə A1, B1, C1, D1, C1E, D1E altkateqoriyaları yaradılıb.

Sürücülük vəsiqələri “A”, “B” və “C” kateqoriyaları, “B1” və “C1” altkateqoriyaları üzrə 18 yaşdan, “BE” kateqoriyası və “C1E” altkateqoriyası üzrə 19 yaşdan, “CE” kateqoriyası üzrə 21 yaşdan; “D” kateqoriyası, tramvaylar, trolleybuslar və “D1” altkateqoriyası üzrə 23 yaşdan, “D1E” altkateqoriyası üzrə 25 yaşdan verilir.

Azvision.az



Teqlər: Sürücü  





Xəbər lenti