Orduda aşpazlıq kursunun məzunlarına sertifikat verilib - Video

Orduda aşpazlıq kursunun məzunlarına sertifikat verilib -    Video
  15 İyun 2019    Oxunub:2607
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu il üçün fəaliyyət planına əsasən, “Aşpaz hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirən məzunların buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, kursun əsas məqsədi Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində çalışan hərbi aşpazların nəzəri bilik və praktiki bacarıq səviyyələrini artırmaqdır.

Hazırlıq kursunda aşpazlara qidanın düzgün hazırlanması qaydaları, ərzaq məhsullarının emalı zamanı əmələ gələn tullantıların normaları, texnoloji avadanlıqlardan düzgün istifadə qaydaları, xüsusi geyimin təmizliyi, sanitariya-gigiyena tələblərinə ciddi riayət edilməsi və digər mövzular üzrə dərslər keçirilib.



Azvision.az


Teqlər: Ordu   Aşbaz  





Xəbər lenti