Cinayət törədən 31 nəfər saxlanılıb

   Cinayət törədən 31 nəfər saxlanılıb
  15 İyun 2019    Oxunub:1869
Ötən gün ərzində törədilmiş 23 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşləri Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Azvision.az



Teqlər: DİN   cinayət  





Xəbər lenti