Nazir və müavinləri vətəndaşlarla görüşəcəklər

Nazir və müavinləri vətəndaşlarla görüşəcəklər
  14 İyun 2019    Oxunub:1474
Prezident İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerində tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev iyunun 28-də 09:00-da Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan Quba şəhəri, Heydər Əliyev prospekti) Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, həmin gün, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirinin müavinləri Firdovsi Əliyev Xaçmaz rayonunda, Rauf Hacıyev isə Siyəzən rayonunda vətəndaşlarla görüşəcəklər.

Vətəndaşların qəbulu Xaçmaz rayonunda Xudat şəhəri, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati binasında (ünvan: Xaçmaz rayonu, Xudat şəhəri 4-cü şöbə) və Siyəzən rayonunda isə Siyəzən meşəbəyliyinin inzibati binasında (ünvan: Siyəzən şəhəri, Cəfər Cabbarlı küçəsi, 2) saat 09:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Xaçmaz rayonu Xudatı şəhəri, 4-cü şöbə) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 023-32-3-00-14, 070-232-33-45, 055-225-11-54) xahiş olunur.

Azvision.az


Teqlər: EkologiyavəTəbiiSərvətlərNazirliyi  





Xəbər lenti