Qobustandakı yanğına iki helikopter cəlb olunub

  14 İyun 2019    Oxunub : 815
Qobustandakı yanğına iki helikopter cəlb olunub
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Qobustan Dövlət Qoruğunun ərazisində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Azvision.az -a bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır. Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Azvision.az

Teqlər: Yanğın