“Taliban Amerikaya işləyir”
Son günlərdə artan Taliban hücumlarından danışan Kərzai, koalisiya qüvvələrinin 2014-cü ildən sonra Əfqanıstanı tərk etməmək üçün bu hücumlara dəstək verdiyini də vurğulayıb.
“Taliban dünən Kabil və Hostda həyata keçirdiyi hücumları Amerikaya xidmət məqsədilə reallaşdırıb” deyən prezident “Taliban bir yandan guya koalisiya qüvvələrini hədəf alaraq hücum etdiyini deyir, digər tərəfdən isə Amerika ilə görüşlər keçirir” söyləyib.
“Taliban bu hücumlarla Amerikaya nə qədər güclü olduğunu göstərmək istəmir. Əksinə, onlara xidmət edir”, - deyə Kərzai bildirib.