Sulu qar və qar yağacaq

Sulu qar və qar yağacaq
  27 Noyabr 2013    Oxunub:1169
Hidrometeoroloqlar sabaha yağıntı vəd edir
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, noyabrın 28-də Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Gün ərzində arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Bakıda günorta saatlarında 10-14 dərəcə isti olacaq. Noyabrın 29-da isə şimal küləyi yenidən cənub küləyi ilə əvəzlənəcək.

Noyabrın 28-dən dekabrın 1-dək Azərbaycan rayonlarında bu müddətdə fasilələrlə yağış yağacağı gözlənilir (noyabrın 29-da gündüz yağntılarda qısa bir fasilə olacaq), respublikanın dağlıq ərazilərində yağıntıların əsasən sulu qar və qar şəklində müşahidə olunacağı proqnozlaşdırılır.


Teqlər:  





Xəbər lenti