Çin, Koreya və Yaponiyadan da ölkəmizə turistlər gəlir

  13 İyun 2019    Oxunub : 661
 Çin, Koreya və Yaponiyadan da ölkəmizə turistlər gəlir
Yanvar-may aylarında Azərbaycana gələn turistlərin sayında ötən ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artım var.
Azvision.az xəbər verir ki, bu barədə Bakıda keçirilən 5-ci Azərbaycan-Avropa İttifaqı biznes forumu çərçivəsində çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmidin deyib.

Onun sözlərinə görə, 2018-ci ildə ölkəyə 2,8 milyon turist gəlib: “Çin, Koreya və Yaponiyadan gələn turistlərin sayında 8-9 faiz artım olub. Eyni zamanda Yaxın Şərq ölkələrindən, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayında da kifayət qədər artım qeydə alınıb”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Turist