“Bayrağımız Kəlbəcərdə, Qubadlıda dalğalanacaq” - DSX rəisi

  13 İyun 2019    Oxunub : 922
“Bayrağımız Kəlbəcərdə, Qubadlıda dalğalanacaq” - DSX rəisi
Hər bir Azərbaycan sərhədçisi bilir ki, dövlət bayrağımıza məhəbbət, vətənimizə məhəbbətdir. Dövlət bayrağına olan sevgimiz, dövlətçiliyimizə oan sevgidir.
Azvision.az-ın məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev deyib.

Milli Qurtuluş gününün 26-cı ildönümü münasibətilə şəxsi heyəti təbrik edən DSX rəisi 1993-cü ildə xalqın təkidilə hakimiyyətə qayıdışı ilə Heydər Əliyevin qısa zaman ərzində ölkədə sabitliyi bərpa etməsini, tənəzzülün qarşısını alaraq dövlətçiliyimizi qоrumasını, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin еtməsini xüsusilə qeyd edib:

"Bu gün hər bir Azərbaycan sərhədçisi bilir ki, dövlət bayrağına ehtiram Ali Baş Komandanımıza ehtiramdır. Əminəm ki, yaxın zamanlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımız azad ediləcək. İndi böyük qürur hissi ilə çiyinlərimizdə daşıdığımız bu vüqar, müzəffər bayrağımız işğaldan azad olunan bütün ərazilərdə - Kəlbəcərdə, Qubadlıda, Laçında, Cəbrayılda şərəf və qürurla dalğalanacaq".

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: DSX   Elçin-Quliyev