Əli Hüseynli məhkəmələr barədə fikirlərə aydınlıq gətirdi

 Əli Hüseynli məhkəmələr barədə fikirlərə aydınlıq gətirdi
  13 İyun 2019    Oxunub:2737
“İctimai müzakirələr zamanı belə təəssürat yaranırdı ki, “Məhkəmələr və hakimlər haqqında” qanuna edilən dəyişiklikdə məqsəd bütövlükdə sahibkarlıqla bağlı məsələlərin bir məhkəmədə baxılmasıdır. Bu, belə deyil”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Onun sözlərinə görə, inzibati məsələlərə inzibati məhkəmələrdə baxılacaq, amma o yerdə ki, sahibkarlıq münasibətidir, ona kommersiya məhkəmlərində baxılacaq: “Bunun anlayışı da verilib”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Məhkəmə   Əli-Hüseynli  





Xəbər lenti