Əcnəbilər üçün “Yanardağ”a giriş 9 manat olacaq

 Əcnəbilər üçün “Yanardağ”a giriş 9 manat olacaq
  13 İyun 2019    Oxunub:2454
"Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda qiymətlər avqustun 1-dən artacaq.

Azvision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. O bildirib ki, xarici vətəndaşlar üçün qoruğa giriş 9 manat olacaq.
"Yerli vətəndaşlar üçün giriş 2 manatdır, lakin sosial təbəqələr üçün qiymətlər fərqli olacaq. Giriş tələbələr üçün 1 manat, məktəblilər üçün isə pulsuzdur. Bir sıra şirkətlər əvvəlcədən saziş bağlayıblarsa və əllərində sübut varsa, onlar köhnə qiymətlərlə qoruğa daxil olacaqlar".

F.Nağıyev qeyd edb ki, gün ərzində "Yanardağ"a 500-700 əcnəbi tutist gəlir və hazırda dinamika müşahidə edilir.

"Yerli əhali də bura gəlməyə maraqlıdır. Təbliğatı davam etdirməliyik, otellər, turizm informasiya mərkəzlərində "Yanardağ"la bağlı məlumatlar olacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Yanardağ  





Xəbər lenti