“İstəməzdim ki, bu barədə detalları açıqlayaq” - Azay Quliyev

 “İstəməzdim ki, bu barədə detalları açıqlayaq” -    Azay Quliyev
  12 İyun 2019    Oxunub:2683
"İstəməzdim ki, bu barədə detalları açıqlayaq. Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının yaradılması zamanı bütün detalları, nüansları nəzərə aldıq"
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təsis edilən Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının qurucuları arasında Gürcüstan parlamentarilərinin yer almamasına münasibət bildirən ATƏT Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili, Bakı Parlament Platformasının koordinatoru Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, Bakı Parlament Platformasının Təşkilat Komitəsi olaraq qərara gəldik ki, hələlik Platformanın qurucularının 3 ölkə olması kifayətdir:

"Burada geosiyasi və regional məsələ nəzərə alındı. Amma heç şübhəsiz ki, Gürcüstan bizə tərəfdaş və dost ölkədir. Yenə də şübhə etmirəm ki, Gürcüstan yaxın aylarda bu Platformaya qoşulacaq. Bizim Gürcüstanın Platformaya qoşulması ilə bağlı heç bir problemimiz yoxdur. Çox böyük maraqla Gürcüstanın bu Platformaya qoşulmasını gözləyirik ".

Qeyd edək ki, bu gün Bakıda ATƏT Parlament Assambleyasının dəstəyi ilə Azərbaycan, Türkiyə və Almaniya parlamentarilərinin iştirakı ilə Bakı Parlament Platforması yaradılıb.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Azay-Quliyev  





Xəbər lenti