“Azərbaycan islahatlar dövrünü yaşayır” - Novruz Məmmədov

  12 İyun 2019    Oxunub : 1412
 “Azərbaycan islahatlar dövrünü yaşayır” - Novruz Məmmədov
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında həyata keçirilən bütün islahatlar və gələcəkdə görüləcək işlər barədə məlumat verib. Bunu bütün ictimaiyyət bilir.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazir Novruz Məmmədov deyib.

Baş nazir bildirib ki, Azərbaycan çox güclü islahatlar dövrünü yaşayır, bu da ölkəmizin davamlı inkişafını təmin etmək üçün atılan addımlardır.

"Düşünürəm ki, atılan addımlar və bu sahədə əldə etdiyimiz nailiyyətlər göz qabağındadır. Bu da belə davam edəcək", - deyə N.Məmmədov vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Novruz-Məmmədov   Baş-nazir   islahat