Müdafiə nazirlərinin Qəbələ görüşü - FOTOLAR (Yenilənib)

Müdafiə nazirlərinin Qəbələ görüşü - FOTOLAR  (Yenilənib)
  12 İyun 2019    Oxunub:7225
İyunun 12-də Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar və Gürcüstanın Müdafiə naziri cənab Levan İzoriya arasında üçtərəfli formatda görüş keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüşdə Müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər. Tərəflər, həmçinin üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər aspektlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Sonda danışıqların yekununa dair protokal imzalanıb və kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirilib.














***13:24
İyunun 12-də Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar və Gürcüstanın Müdafiə naziri cənab Levan İzoriya arasında üçtərəfli formatda görüş başlayıb.

Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüşdən əvvəl Müdafiə nazirləri Qəbələ şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini, eləcə də Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək önlərinə gül dəstələri qoyub, xatirələrini hörmət və ehtiramla yad ediblər.



Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərinin müzakirəsi və üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsinin aparılması nəzərdə tutulub.



***
10:31

Qəbələ şəhərində Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüşü başlayıb. Azvision.az -ın məlumatına görə, görüşdən əvvəl nazirlər Qəbələ şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət edib, şəhid məzarları önünə gül dəstələri qoyublar.

Qeyd edək ki, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.















Azvision.az


Teqlər: MN   Qəbələ   Görüş  





Xəbər lenti