Elmi dərəcələrin verilməsinə dair tələblər - SİYAHI

   Elmi dərəcələrin verilməsinə dair tələblər -    SİYAHI
  12 İyun 2019    Oxunub:7763
Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Elmi dərəcələrin verilməsi qaydası haqqında Əsasnamə təsdiq edilib.
Azvision.az xəbər verir ki, Əsasnamə “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, elmi dərəcələr verilməsi qaydasını və şərtlərini müəyyən edir.

- Elmi dərəcələri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (bundan sonra – Komissiya) təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na uyğun olaraq elm sahələri üzrə Komissiya verir.

- Fəlsəfə doktoru elmi dərəcəsi magistr (rezident) elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan ali təhsili və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir.

- Elmlər doktoru elmi dərəcəsi fəlsəfə doktoru elmi dərəcəsi və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında elmlər doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir.

- Əvvəllər verilmiş elmlər namizədi elmi dərəcəsi fəlsəfə doktoru elmi dərəcəsinə bərabər tutulur.

- Məzmununda dövlət sirri təşkil edən məlumatlar olan dissertasiyaların müdafiəsi və ekspertizası zamanı bu Əsasnamənin tətbiqi qaydasını Komissiya müəyyən edir.

-Komissiya fəlsəfə doktorlarına və elmlər doktorlarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi vahid formalı dövlət sənədi – həmin elmi dərəcələri təsdiq edən diplom verir.

Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə ilə BURADAN tanış ola bilərsiniz.

Azvision.az


Teqlər: Elmi-Dərəcə   Əsasnamə  





Xəbər lenti