Binəqədi şosesində rənglənmə işləri aparılacaq

Binəqədi şosesində rənglənmə işləri aparılacaq
  11 İyun 2019    Oxunub:1804
Bu axşam 22:00-dan səhər saatlarına kimi Binəqədi şosesində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Azvision.az -a verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Azvision.az


Teqlər: Yol  





Xəbər lenti