Metroda 30 köhnə vaqon istismardan çıxarılacaq

 Metroda 30 köhnə vaqon istismardan çıxarılacaq
  11 İyun 2019    Oxunub:1940
Bu ilin sonunadək "Bakı Metropoliteni"nin 30 köhnə vaqonu istismardan çıxarılacaq.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

Onun sözlərinə görə, cari il ərzində köhnə vaqonlar 30 yeni vaqonla əvəzlənəcək. Yeni nəsil vaqonlar bir çox parametrləri ilə digər vaqonlardan seçilir.

"Vaqonların arasının açıq olması ilk növbədə sərnişinlərin bərabər və sərbəst paylanmasını təmin edir. Bu vaqonlar, həmçinin səs və istilik izolyasiyası ilə təmin olunub. Sərnişinlərin ən çox narahat edən məsələlərdən biri kondisioner və ventilyasiya məsələsidir ki, yeni vaqonlar kondisioner və havalandırma sistemləri ilə təchiz olunub. Alınan yeni vaqonlar sınaq-sazlama işləri və sınaq yürüşləri başa çatdıqdan sonra istismara veriləcək", - deyə H. Məmmədov qeyd edib.

Anar Kəlbiyev
Azvision.az





Teqlər: Metro   Vaqon  





Xəbər lenti