Təhsil müəssisələrinin qazlaşdırılmasına 5,7 milyon ayrıldı

   Təhsil müəssisələrinin qazlaşdırılmasına 5,7 milyon ayrıldı
  11 İyun 2019    Oxunub:1384
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında təhsil müəssisələrinin qazlaşdırılması haqqında” Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Sərəncama əsasən təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 5,7 milyon manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Azvision.az


Teqlər: Təhsil   İlham-Əliyev  





Xəbər lenti