Prezident Səudiyyə Ərəbistanı və MDB ilə sazişləri təsdiqləyib

   Prezident Səudiyyə Ərəbistanı və MDB ilə sazişləri təsdiqləyib
  10 İyun 2019    Oxunub:1469
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.
Azvision.az xəbər verir ki, saziş 2019-cu il aprelin 7-də Ər-Riyad şəhərində imzalanıb.

Prezident İlham Əliyev eyni zamanda “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.

Saziş Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Yalta şəhərində keçirilmiş 2007-ci il 25 may tarixli iclasında imzalanıb.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti