Ağcabədidə 15 yaşlı yeniyetmə intihar edib

Ağcabədidə 15 yaşlı yeniyetmə intihar edib
  10 İyun 2019    Oxunub:1695
Ağcabədidə intihar hadisəsi baş verib.
Azvision.az-ın məlumatına görə, 15 yaşlı yeniyetmə Aytac Şirinova özünü dünən axşam saatlarına yaşadığı evin həyətində asaraq öldürüb.

Ağcabədi rayonu Qaradolaq kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mehman Cəfərov bildirib ki, intiharın səbəbi hələ məlum deyil.

“Polis orqanları bununla bağlı araşdırma aparır. Məktəbdə ,evdə hansısa problemi olduğu deyilmir. Nümunəvi şagird olub. Ailənin 4 uşağından son beşiyi idi. Biz də belə bir faciənin hansı səbəbdən baş verdiyini biilmirik”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: intihar  





Xəbər lenti