Azərbaycanla Türkiyə hərbçiləri arasında futbol yarışı

Azərbaycanla Türkiyə hərbçiləri arasında futbol yarışı
  07 İyun 2019    Oxunub:1502
“Sarsılmaz qardaşlıq-2019” təlimində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının asudə vaxtlarının səmərəli təşkili üçün mədəni-kütləvi tədbirlər keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, qonaqlar üçün təşkil olunan bayram süfrəsində türkiyəli hərbçilər Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində hərbçilərimizlə birlikdə nahar ediblər. TədbirdəTürkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz da iştirak edib.



Mədəni tədbirlərin davamı kimi hər iki ölkənin hərbi qulluqçuları arasında “Qardaşlıq qazansın” devizi altında mini futbol yarışı keçirilib. Hər iki komanda yüksək fiziki hazırlıq və futbol ustalığı nümayiş etdirib. Oyun bərabər hesabla bitsə də dostluq, qardaşlıq xatirəsikuboku Türkiyəli hərbçilərə təqdim edilib.







Azvision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti