Həftə sonları Bulvarda rəqs festivalı keçiriləcək

Həftə sonları Bulvarda rəqs festivalı keçiriləcək
  06 İyun 2019    Oxunub:1762
Bakı Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Dənizkənarı Bulvarda “Baku Soul of Art and Dance” festivalı keçiriləcək.
Azvision.az xəbər verir ki, festival iyunun 8-də, saat 19.00-da keçiriləcək. Bu festivalda rəqqaslarımız, gənc mügənnilərimiz, artistlərimiz öz çıxışlarını nümayiş edəcək, bundan əlavə isə bulvarda açıq dərslər keçiriləcək.

Açıq dərslər müxtəlif növ rəqslərdən ibarət olacaq. Bu dərslərə isə istəyindən asılı olaraq hər kəs qatıla bilər. Şəhərimizin sakinlərini və şəhərimizə gələn qonaqlar üçün həftə sonları daha əyləncəli və daha yararlana biləcəyi bir yay mövsümü olacaq.

ARA-nın prezidenti və AGİ-nin ictimai birliyinin idarə heyətinin üzvü Əziz Əzizov bildirib: “Bu cür festivalların və açıq dərslərin keçirilməsində başlıca məqsədimiz rəqs üzrə istedadlı gənclərimizi daha da inkişaf etdirmək, onların bu sahəyə olan həvəslərini daha da genişləndirmək, bununla yanaşı şəhərimizə gələn qonaqlarımızı milli rəqslərimizlə daha yaxından tanış etməkdi.”

16 iyuna qədər davam edəcək konsert proqramı 3-4 saatdan ibarət olacaq. Konsertə bir-birindən fərqli rəqslər və musiqili proqramlar daxildir. Konsertdə istəyindən asılı olaraq bütün rəqs qrupları və gənc müğənnilər iştirak edə bilərlər.

Azvision.az


Teqlər: Bulvar   Rəqs   Festival  





Xəbər lenti