Səfir Bakı küçələrində velosiped sürdü - FOTOLAR

Səfir Bakı küçələrində velosiped sürdü -  FOTOLAR
  04 İyun 2019    Oxunub:2239
Hindistanda azadlıq mübarizəsinin lideri və sülh müdafiəçisi olan Mahatma Qandinin anadan olmasının 150-ci ildönümü 2018-ci il oktyabrın 2-dən 2019-cu il oktyabrın 2-dək dünyanın hər yerində qeyd olunur.
AzVision.az xəbər verir ki, davam edən tədbirlər çərçivəsində Hindistanın Bakıdakı səfirliyinin, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Bakı Dənizkənarı Bulvar İdarəsi ilə birgə əməkdaşlığı çərçivəsində 2019-cu il 3 iyun tarixində Ümumdünya Velosiped Günü münasibətilə Bakının tarixi məkanı hesab olunan İçərişəhərin Qoşa Qala qapılarından Bakı Dənizkənarı Bulvarına kimi davam edən veloyürüş təşkil olunub.



Veloyürüşə səfir, millət vəkili Rüfət Quliyev, Azərbaycan Velosiped Federasiyasının velosipedçiləri ilə yanaşı, Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri, tələbələr, iş adamları, cəmiyyətin müxtəlif nümayəndələrinin də daxil olmaqla 75-dən çox velosipedçi iştirak edib.

Tədbirdə çıxış edən Hindistan səfiri cənab Bavitlung Vanlalvawna, velosipedin şəhər mobilliyi üçün daimi bir nəqliyyat vasitəsi olduğu və eyni zamanda ətraf mühitin qorunması üçün bizə necə kömək etdiyini söyləyib.



Qeyd edək ki, davam edən tədbirlərin bir hissəsi olaraq, Hindistan Səfirliyi 5 iyun 2019-cu il tarixində Salyan şosesində yerləşən Dostluq parkında 150 ağacın əkilməsi planlaşdırılan ağacəkmə aksiyası keçirəcək.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Hindistan   Səfir   Veloyürüş  





Xəbər lenti