Mədəniyyət Nazirliyinin rəhbərliyi bölgələrə gedir

Mədəniyyət Nazirliyinin rəhbərliyi bölgələrə gedir
  04 İyun 2019    Oxunub:1336
Mədəniyyət Nazirliyinin rəhbərliyi bölgələrdə vətəndaşlarla görüşəcək.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, nazir Əbülfəs Qarayev iyunun 21-də Balakən və Zaqatala sakinlərini qəbul edəcək.

Qəbul saat 11:00-da Balakən rayon Mədəniyyət Mərkəzində (Balakən şəhəri, Heydər Əliyev prospekti 42) başlayacaq.

Həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Şəki şəhər Heydər Əliyev Mərkəzində (Şəki şəhəri, Heydər Əliyev prospekti 216) Şəki şəhəri və Oğuz rayonundan, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Qax rayon Heydər Əliyev Mərkəzində (Qax şəhəri, N.Nərimanov küçəsi 4) Qax rayonundan olan vətəndaşlarla görüşəcək.

Azvision.az



Teqlər: Mədəniyyət   Qəbul  





Xəbər lenti