Aqrar sığorta üzrə risklərin siyahısı genişləndirilir

Aqrar sığorta üzrə risklərin siyahısı genişləndirilir
  04 İyun 2019    Oxunub:1715
Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən plenar iclasında “Aqrar sığorta haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, yeni hazırlanmış qanun layihəsinin 5-ci (Aqrar sığorta üzrə təminat verilən risklər) maddəsinə 3 yeni bənd əlavə olunub.

Kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə aşağıdakı risklərin bir və ya bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır:

1.Təbii fəlakətlər;
2.Yanğınlar;
3.Bitki xəstəlikləri və zərərvericilər;
4. Yoluxucu xəstəliklər və zəhərlənmələr;
5.Vəhşi heyvanları hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu;
6. Üçüncü şəxslərin hərəkətləri;
7.Aqrar sığortalının sığorta hadisəsinin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətləri aqrar sığortanın riski ola bilməz;
8. Bu qanunun 5.1 maddəsində sadalanan aqrar sığrorta üzrə təminat verilən risklərin tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum) tərəfindən müəyyən edilir.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti