“Turistlərin sayında 12 faiz artım olacaq” - Fuad Nağıyev

 “Turistlərin sayında 12 faiz artım olacaq” -    Fuad Nağıyev
  04 İyun 2019    Oxunub:2818
İlin sonuna qədər Azərbaycana gələcək turistlərin sayında 8-12 faiz artım olacağı gözlənilir.

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib. Agentlik rəhbəri hesab edir ki, Çin, Asiya ölkələri və İsraildən gələn turistlərin də sayı artacaq.
"Biz dövlət qurumu olaraq əhaliyə dəstək göstərməliyik. Lazım olanda treninqlər keçirməliyik ki, turistləri necə qəbul etsinlər, onlara necə xidmət göstərsinlər. Hazırda Agentliyin tərkibində 3 təhsil müəssisəsi fəaliyyət göstərir. Bu təhsil müəssisələrində islahatlar gedir. Bizi maraqlandıran və narahat edən kadr siyasətidir. Bu istiqamətdə iş aparırıq. Ölkənin təbliğatına böyük vəsaitlər xərclənir. Ölkəyə gələn insanlara normal və səviyyəli xidmət göstərilməsə, onların məmnun qalması üçün işimiz sıfır olacaq. Ona görə də kadr siyasəti önəmlidir", - deyə F.Nağıyev qeyd edib.

Aytən Zəhra
Azvision.az




Teqlər: Turizm   Fuad-Nağıyev  





Xəbər lenti