ABŞ səfirliyindən “Green Card”la bağlı müraciət

   ABŞ səfirliyindən “Green Card”la bağlı müraciət
  03 İyun 2019    Oxunub:1947
ABŞ-ın Azərbaycandakı səfirliyi Diversiti Viza Proqramı ("Greencard" viza lotereyası) ilə bağlı müraciət edib.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, Azərbaycanda “Greencard” təşkilatları və digər şirkətlər vasitəsi ilə müraciət edən insanların sayında artım müşahidə olunur.

Səfirlik bildirib ki, bu şirkətlərin vasitəçiliyi müraciətçinin seçilmə şansını artırmır və üstəlik ondan xərc tələb edir. Nəticə etibarı ilə bu kimi müraciət şəxsin Amerikaya köçmək və hətta səfər etmək imkanlarına ciddi xələl gətirə bilər:

"Sözügedən təşkilatlar müraciətçilərdən şəxsi məlumalarını aldıqdan sonra həmin şəxslərdən icazəsiz hər il eyni müraciəti onların adından edirlər. Müraciətçinin seçildiyi təqdirdə həmin “Greencard” şirkətləri seçilmiş şəxsdən ona lazım olan hesabı əldə etməsi üçün ədalətsiz şəkildə əlavə ödəniş tələb edir. Halbuki insan özü müraciət etdiyi təqdirdə heç bir ödəniş etməli deyil. Tez-tez həmin şirkətlər müraciətçiyə dair düzgün məlumat təqdim etmir. Ola bilər ki, müraciətçi Diversiti Viza Proqramı çərçivəsində seçilsin və “Greencard” şirkətinə böyük məbləğdə ödənış etsin, lakin nəticədə ona dair şəxsi məlumatların dəqiq olmaması səbəbindən onun müraciətinə imtina cavabı verilsin".

Qeyd edilib ki, Diversiti Viza Proqramına müraciət edərkən müəyyən vacib məqamlara diqqət yetirilməlidir:

- Müraciət formasında müraciətçinin adı əsas əlaqə saxlanılası şəxs kimi göstərilməlidir

- Daxil olmaq üçün lazımı identifikasiya nömrəsinə yalnız şəxs malik olmalıdır

- Müraciət zamanı müraciətçinin göstərdiyi “yardım” a görə kiməsə ödədiyi pul onun seçim şansını artırmır.

Azvision.az


Teqlər: ABŞ   Səfirlik  





Xəbər lenti