Hacı Muradın nəşi necə aparılıb? - “Məzarı qazıb, sonra torpaqla doldurublar”

  03 İyun 2019    Oxunub : 5893
 Hacı Muradın nəşi necə aparılıb? - “Məzarı qazıb, sonra torpaqla doldurublar”
IX əsrin ortalarında Qafqaz müharibəsində dağlıların liderlərindən biri olmuş Hacı Muradın nəşinin Qaxın Tanqıt kəndindən gizli yolla çıxarılaraq Dağıstanın Xunxaz rayonuna aparılması, orada dəfn edilməsi ilə bağlı məlumatlar yayılıb.
Tanqıt kəndinin daxil olduğu Qıpçaq bələdiyyəsinin sədri Aydın Qurbanov Azvision.az -a açıqlamasında bildirib ki, hadisədən dünən xəbər tutublar.



“Həmin ərazinin meşəbəyi mənə zəng edib dedi ki, qəbrin yan tərəfini qazıblar, sonra da torpaqla doldurublar. Nəşin oradan çıxarılb-çıxarılmadığı haqqında bizdə dəqiq məlumat yoxdur. Meşəbəyi daha sonra bildirdi ki, hadisə yerinə polis əməkdaşları baş çəkib”.



Bələdiyyə sədrinin sözlərinə görə, Hacı Muradın məzarının baş və sinə daşları yerindədir: “Nəşin aparılmasını görən olmayıb. Məzarı kimin qazdığını da bilmirlər. Yəqin ki, məsələ araşdırılacaq".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Hacı-Murad   Qax