İsmayıllıda 49 yaşlı kişi itkin düşüb

İsmayıllıda 49 yaşlı kişi itkin düşüb
  01 İyun 2019    Oxunub:2133
İsmayıllı şəhər sakini 1970 -ci il təvəllüdlü Sənan İsmayılov aprelin 14-də yaşadığı ünvandan çıxıb naməlum istiqamətdə gedərək itkin düşüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, o, evdən çıxanda əynində göy rəngli gödəkçə və cins şalvar, qara rəngli ayaqqabı olub.

Boyu 167 sm, gözlərinin rəngi qəhvəyidir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020-28-5-11-89 şəhər, (050) 280-45-00 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Azvision.az



Teqlər: DİN   İsmayıllı  





Xəbər lenti