Dudanın Azərbaycana səfəri başa çatıb

Dudanın Azərbaycana səfəri başa çatıb
  01 İyun 2019    Oxunub:1616
Polşa Respublikasının Prezidenti Andjey Dudanın Azərbaycan Respublikasına rəsmi səfəri mayın 31-də başa çatıb.
Azvision.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Polşa Prezidenti Andjey Dudanı hava limanında Azərbaycanın Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola salıblar.

Azvision.az



Teqlər: Polşa   Duda  





Xəbər lenti