Polşa Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

Polşa Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib
  31 May 2019    Oxunub:1683
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Polşa Respublikasının Prezidenti Andjey Duda mayın 31-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Azvision.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Azvision.az


Teqlər: Polşa   Heydər-Əliyev   Ziyarət  





Xəbər lenti