“Ötən il cəmi 89 bəraət hökmü verilib” - Gündüz Kərimov

“Ötən il cəmi 89 bəraət hökmü verilib” -  Gündüz Kərimov
  31 May 2019    Oxunub:2344
“2018-ci ildə Azərbaycanda cinayət işləri üzrə cəmi 89 bəraət hökmü verilib. Bu, ümumi cinayət işlərinin 1 faizindən aşağı rəqəmdir”.

Azvision.az xəbər verir ki, bunu “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” adlı konfransda Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov deyib.
O bildirib ki, bu, dövlət ittihamının çox təkmil işləməsindən, vəkillərin müqavimətindən, məhkəmənin passivliyindən və bizə məlum olmayan səbəblərdən irəli gələ bilər:

“Biz hesab edirik ki, bütöv ittihamla müdafiə tərəfinin balanslı nəticə əldə etməsi üçün vəkillik öz səylərini artırmalıdır. Məlum olduğu kimi, cənab Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatlarla bağlı imzaladığı 3 aprel fərmanında ədalət mühakiməsinin əlçatanlığı məsələsi xüsusilə vurğulanır”.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: GündüzKərimov   Məhkəmə  





Xəbər lenti